08 İyul 2026
Dünya futbolu

“Bu, heyrətamiz nəticədir” – Pep Qvardiola

UEFA Çempionlar Liqasının 1\4 final mərhələsinin ilk oyununda “Mançester Siti” evdə “Bavariya”nı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, matç “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün ardından Mançester klubunun baş məşqçisi Pep Qvardiola qarşılaşma barədə bunları deyib:

“Həqiqətən yaxşı matç oldu, yüksək səviyyəli komandalar qarşılaşdı. 55-60 dəqiqə oyun bərabər gedirdi. Rodri inanılmaz qol vurdu, lakin Musiala və Qnabrinin işlədiyi cinahlara nəzarət edə bilmədik.

İkinci hissənin ilk 15 dəqiqəsində rəqib daha yaxşı oynadı və qol imkanları yaratdı. Amma bundan sonra biz bir neçə şeyi dəyişdik və matçın qalan hissəsində daha güclü göründük.

Bu, heyrətamiz nəticədir, amma Münhendə oynamağın nə demək olduğunu bilirəm. Rəqibin ustalığından əziyyət çəkməmək və uğur qazanmaq üçün yeni nəsə fikirləşməliyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43