Dünyadan

“Bavariya”nın məşqində dava: Qvardiola iki futbolçunu qovdu (VİDEO)

Almaniya çempionu “Bavariya”nın son məşqində xoşagəlməz hadisə baş verib.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun hücumçusu Robert Levandovski ilə müdafiəçi Jerom Boatenq arasında dava olub.   Buna səbəb isə sonuncunun hücumçuya məşq zamanı sərt müdaxilə etməsi olub. Nəticədə futbolçular arasında dava düşüb. Komandayoladşlarının müdaxiləsi nəticəsində futbolçular sakitləşdirilib.

Baş məşqçi Xosep Qvardiola isə dərhal hər iki futbolçunu məşqdən qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43