Kateqoriyasız

“Neftçi”nin “bəh-bəh”lə yola saldığı futbolçu geri qayıdır

Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubundan ayrılmağa hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, müqavilə ilə "Neftçi"yə məxsus olan forvard vətənə geri dönəcək. 

Split təmsilçisində yeni baş məşqçi Qurbanova şans tanımır. Məhz buna görə də, hücumçu Xorvatiyadan ayrılmaq niyyətindədi.

Qeyd edək ki, Qurbanova Rusiya və Xorvatiya yüksək liqa komandalarından təkliflər var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43