11 İyul 2026
Dünya futbolu

Benzema PSJ-yə transfer oluna bilər

Səudiyyə Ərəbistanı klubu “Əl İttihad”ın hücumçusu Kərim Benzema Avropaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə PSJ maraqlanır. Klub fransalı hücumçunun qış transfer pəncərəsində ala bilər. Parislilər cari mövsümün sonuna kimi icarəyə götürmək variantını da nəzərdən keçirir.

Hücumçunun “Əl-İttihad”la müqaviləsi 2026-cı ilə qədərdir. Benzemanın transfer dəyəri 15 milyon avrodur. Bu mövsüm o, 20 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43