İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona”ya 3 qol vuran Kərim Benzema klubun tarixinə keçib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvard “El Klasiko” tarixinin üçüncü ən çox qol vuran oyunçusu olub. O, indiyə qədər “Barselona”ya qarşı oyunda 16 dəfə fərqlənməyi bacarıb.
Benzema bu göstərici ilə aktivində 15 qol olan Raulu geridə qoyub. “El Klasiko” tarixinin ən qolcu futbolçusu Lionel Messidir. O, 26 dəfə derbidə fərqlənməklə ilk pillədədir.
Kristiano Ronaldo ilə Alfredo Di Stefano isə “El Klasiko”larda hərəyə 18 qol vurublar.

