Roma prokurorluğu “Roma”, “Latsio” və “Salernitana” klublarında yoxlama aparır.
İdmanxeber.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, hazırda hüquq mühafizə əməkdaşları klubların ofisində yoxlamalarını davam etdirir.
Onlar hər üç komandanın da 2017-21-ci illərdəki transfer sənədlərini yoxlayırlar.
Prokurorluq klubların hansı transferlərini araşdıqları barədə məlumat verməyib.

