29 İyun 2026
Ölkə futbolu

Berdiyev azərbaycanlı futbolçu ilə bağlı qərarını verdi

“Turan Tovuz” növbəti mövsümün hazırlıqları Türkiyədə davam etdirir. Kurban Berdiyevin rəhbərliyində məşqlərə start verən Tovuz klubunda daha bir neçə yeni futbolçu komandaya qoşulacaq.

Yeni transferlərlə yanaşı, hazırlıq dönəmində ötən mövsüm komandada olan bəzi futbolçuların da aqibəti bəlli olacaq. Bunlardan biri də Rüfət Əhmədovdur.

Təcrübəli mütəxəssis cinah müdafiəçisi ilə bağlı fikrini qətiləşdirib.

Berdiyev ötən mövsüm oyunçuya az forma şansını verməsinə baxmayaraq, onu heyətdə saxlayacaq.  Futbolçuya Premyer Liqa klublarından maraq olsa da, Rüfət növbəti mövsümə də “Turan Tovuz”da başlayacaq. Daha öncə mətbuatda onun icarəyə göndəriləcəyi bildirilirdi. 

22 yaşlı müdafiəçi ötən mövsüm 14 matçda forma geyinib. O, keçən yay Tovuz klubu ilə 2+1 illik müqavilə bağlamışdı.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43