Dünyadan

Berti Foqtsun yeni iş yeri məlum oldu

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsun yeni iş yeri məlum olub.

İdmanxeber.com-un məlumatına görə, ötən ilin oktyabrında Azərbaycan millisinin baş məşqçi postundan gedən qoca alman bundan sonra ABŞ millisində çalışacaq. O, yığmanın texniki məsləhətçisi olacaq.

68 yaşlı mütəxəssis Avropada gənc futbolçular axtaracaq, skaut işiylə məşğul olacaq. Bundan əlavə Foqts  klublarla münasibətləri inkişaf etdirəcək

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43