15 İyun 2026
Dünya futbolu

“Beşiktaş”dan ayrılan futbolçu Niderland klubunda

“Beşiktaş”dan ayrılan Kayl Larin karyerasını Niderlandda davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, Kanada millisinin hücumçusu “Malyorka”dan icarə əsasında “Feyenoord”a keçib.

29 yaşlı forvard daha əvvəl MLS-də “Orlando Siti”, Türkiyədə “Beşiktaş”, Belçikada “Zulte Varegem” və “Brügge”, həmçinin İspaniyada “Real Valladolid” və “Malyorka” klublarının formasını geyinib.

Qeyd edək ki, Larinin bazar dəyəri hazırda 3,5 milyon avrodur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43