13 İyun 2026
Dünya futbolu

İlkay Gündoğanın “Qalatasaray”a keçidinin detalları

İlkay Gündoğan “Qalatasaray”a keçib.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Almaniyalı futbolçu “Mançester Siti”dən azad agent kimi ayrılıb və Türkiyədə illik 4,5 milyon avro qazanacaq.

Gündoğan “şəhərlilər”in heyətində 358 oyuna çıxıb, 65 qol vurub və 14 titul, o cümlədən 5 Premyer Liqa və Çempionlar Liqası kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43