“Beşiktaş”ın hücumçusu Cenk Tosun gələcək karyerası ilə bağlı qərarını verib.
İdmanxeber.az “Ntv Spor”a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvünə Amerikadan təklif gəlib. MLS təmsilçisi “Çikaqo Fray” təcrübəli forvardı rənglərinə bağlamaq niyyətində idi.
Ancaq Tosun İstanbul klubundan ayrılmağı düşünmür. O, ailəsinin rahatlığı üçün Türkiyədə yaşamağa davam edəcəyini bildirib.
Mövsüm sonu “Beşiktaş”la müqaviləsi bitəcək olan hücumçunun komandası ilə yeni sözləşmə imzalaması gözlənilir.