Dünya futbolu

“PSJ-dən ayrılmaq karyeramın ən böyük səhvi oldu” – Buffon

“İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper karyerası ilə bağlı danışıb. O, PSJ-də çıxış etdiyi dönəmdən söz açıb:

“Parisdəki təcrübəm həyatımın ən yaxşısı idi. Oradan ayrılmaq karyeramın ən böyük səhvi oldu. Amma buna məcbur qaldım. Mənə dedilər ki, sən Çempionlar Liqasında oynamayacan. Mənim yerimə Areola duracaqdı qapıda. Bunun ədalətli olmadığını düşündüm. Bu, hörmət məsələsi idi. Mart ayında sənə necə deyə bilər ki, gələn mövsüm oynamayacaqsan? Bu nə fikirdir? Belə idman olmur.

Orada qazandıdğım təcrübə əla idi. Özümü dünyanın mərkəzində hiss edirdim. Fransızca danışdım, küçədə insanlarla münasibət qururdum. İstirahət günümdə muzeyə gedirdim. Yüksək səviyyəli peşəkar oyunçu statusumdan başqa, özümü tam bir insan kimi hiss etdim. Bu, ən gözəl təcrübə idi. Hələ də uşaqlarım Parisi niyə tərk etdiyimizi soruşurlar.

PSJ-də gördüyüm futbol səviyyəsini həyatımda bir daha görməyəcəyəm. Özümüzə deyirdik ki, Çempionlar Liqasını qazanacağıq, çünki biz başqalarından güclüyük. Bunu həyat yoldaşıma, agentimə dedim. Amma biz ayrılmaqla hər şeyi məhv etdik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43