Ölkə futbolu

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik” – Elmar Baxşıyev

“Bizi ağır səfər oyununun gözlədiyini bilirdik. “Qarabağ” çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Bu matçdan da uğurlu nəticə ilə ayrılmağa çalışırdıq”. 

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 33-cü turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

“Qarabağ” cari çempionatda ən yaxşı oyunlarından birini keçirdi və layiqli qələbə qazandı. Rəqibi də nəzərə almaq lazımdır. Hücumlarımızın qarşısını “Qarabağ” alırdı. Öndə daha çox oynamaq istəyirdik. Lakin rəqibin təzyiqi bizi məcbur etdi ki, meydanın özümüzə aid hissəsində oynayaq. Qarşıda üç matçımız var. Futbolçularıma inanıram. Onlar əzmkarlıq göstərib çempionatda da istədikləri yerdə olacaqlar” – deyə o bildirib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43