Ölkə futbolu

Premyer Liqa: “Turan Tovuz” birinci, “Kəpəz” sonuncu

Misli Premyer Liqasının 33-cü turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən az tamaşaçısı “Kəpəz”in oyununda qeydə alınıb. Gəncə şəhər stadionunda yenidənqurma işləri getdiyi üçün evdən uzaq düşən  “sarı-göylərin”in “Sabah”la matçını cəmi 300 azarkeş izləyib. Paytaxt təmsilçisi görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Turun nəticəsi maraqla gözlənən “Qarabağ” – “Qəbələ” matçına da maraq böyük olmayıb. “Azsersun Arena”da keçirilən qarşılaşmada tribunalarda 750 tərəfdar yer alıb. Ağdam təmsilçisi “qırmız-qaralar”ı 3:0 hesabı ilə məğlub edib.

Daha bir bölgə klubu “Şamaxı” evdə “Zirə”ni qonaq edib. Alt sıralardan qurtulmaq üçün mütləq xal qazanmalı olan əyalət təmsilçisi evdə rəqibi ilə bacarmayıb – 0:3. Şamaxı şəhər stadionunda oynanılan matçı 1200 azarkeş izləyib. 

Turun nəticəsi maraqla gözlənilən daha bir qarşılaşması Sumqayıtda baş tutub. Şəhərin eyniadlı komandası doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Son sıralardan qurtulma mübarizə verən komandaların duelində “dənizçilər” 3:1 hesabı ilə qalib gəlib.

Həftənin ən çox azarkeş qeydə alındığı matçı isə Tovuzda keçirilib. Qərb bölgəsinin tərəfdarları hər turda olduğu kimi komandalarını yenə tək qoymayıblar.

“Neftçi” üzərindəkə tarixi qələbəni (4:0) 4500 azarkeş izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43