Dünya futbolu

Boatenq “Yunayted”in təklifini geri çevirdi

O, ayrılmaq istəmədiyini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, heyətini müdafiəçi ilə gücləndirmək məcburiyyətində olan “Mançester Yunayted” “Bavariya”nın oyunçusu Jeremen Boatenqi istəsə də, oyunçu və klub bu istəyi geri çevirərək, təklifi rədd edib. 29 yaşlı futbolçu üçün 60 milyon avro tələb edən almanlar “Qırmızı Şeytanlar”ın 30 milyonluq təklifinin az olduğunu bildirib.  Boatenq isə karyerasını Münxen təmsilçisində davam etmək istədiyini deyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43