İdman

Boksçumuz dünya çempionatına qələbə ilə başladı

Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən milli üzvü 1/16 finalda yeni zelandiyalı Cennifer Peterslə qüvvəsini sınayıb.

Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Qarşılaşma martın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43