26 İyul 2026
İdman

Bölgə klubu argentinalı məşqçisi ilə anlaşdı

Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

İdmanxeber.az-ın məlumatına görə, komanda argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb.

Mütəxəssislə birillik müqavilə imzalanıb. O baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb. “Gəncə” daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43