26 İyul 2026
Ölkə futbolu

“Komanda olaraq “Qarabağ” matçına hazırıq” – “Hakken”in futbolçusu

İsveçin “Hakken” klubunun futbolçusu Edvard Çilufya UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la keçiriləcək oyunla bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, zambiyalı yarımmüdafiəçi ölkə çempionatında AİK üzərində qazanılan qələbənin davamını gətirmək istədiklərini bildirib:

“Qarabağ”la oyun bizim üçün çox vacibdir. Çətin oyun olacaq. Ancaq komanda olaraq bu matça hazırıq. Qrupda ilk qələbəmizi qazanaraq, vəziyyəti düzəltməyə çalışacağıq”.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hakken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43