25 İyul 2026
Ölkə futbolu

Bölgə klubu doğma meydana qayıdır

Azərbaycan I Liqasında çıxış edən “İmişli” komandası doğma meydana qayıdır.

İdmanxeber.az-a verilən məlumata görə, mövsüm başlayandan ev oyunlarını Saatlıda keçirən bölgə klubu V turda “İrəvan”a qarşı yenidən İmişlidə meydana çıxmaq niyyətindədir. Artıq stadionda başladılan təmir işləri yekunlaşıb. Bildirilir ki, baza tamamən yenilənib, meydanın ot örtüyü də ideal duruma gətirilib. 

Klub rəhbərliyi stadiona baxış üçün artıq Peşəkar Futbol Liqasına da müraciət edib. Qurum rəsmilərinin rəyindən sonra “İmişli” ev oyunlarını doğma meydanda keçirə biləcək. 

Xatırladaq ki, komanda geridə qalan üç turdan sonra 3 xalla 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43