Premyer Liqa təmsilçisi “İmişli” ciddi problemlə üzləşib. Bölgə təmsilçisinin yay toplanışını keçirdiyi “Liv Bona Dea Arena”da oyunçuların ciddi narazılığı var.
Süni örtüklü meydanda məşq etməyən istəməyən komandanın yeni transferləri Ronaldo Rodrigeslə keçidi hələ rəsmi açıqlanmayan Nikola Karaklaiç rəhbərliyə etiraz edir. Futbolçular isti hava şəraitində suvarması olmayan meydançaya çıxmaq istəmirlər.
Onların müqaviləsində komandanın məşqlərini təbii örtüklü meydançada keçirəcəyi qeyd edilib. Ancaq “İmişli” rəhbərliyi toplanış üçün uyğun stadion tapa bilmədiyindən məcburən komanda Mərdəkanda süni meydançada hazırlıq keçir.
Bu da Ronaldo ilə Karaklaiçin ciddi narazılığına səbəb olub. Hər iki futbolçu da durumu menecerlərinə bildirib.
Onlar rəhbərlikdən vəziyyəti düzəltməyi tələb edir. Əks təqdirdə oyunçular bölgə klubundan ayrıla bilər.
İdmanxeber.az

