FİF (Futbolun İnkişaf Fondu) rəhbəri Tural Piriyevin “Kəpəz”in avtobus probleminin həll olunmasına dair verdiyi mesaj gəncəli fanatları sevindirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sponsorsuzluqdan əziyyət çəkən “Kəpəz”in nəqliyyat problemi həll olunub. AFFA və FİF-in dəstəyi ilə Gəncə təsmilçisinə yeni avtobus alınıb. Dəyəri təxminən 250-300 min manat arası ola avtobusun “Səbail”lə ev oyununa kimi hazır olacağı bildirilir.
Əlavə olaraq bildirək ki, Premyer Liqanın yeganə sponsorsuz komandası olan “Kəpəz”in bu durumu AFFA-nı narahat etməyə başlayıb. Qurum sponsor məsələsində “Kəpəz”ə kömək etmək istəyir və bunun üçün işlərin başlanıldığı deyilir.

