02 İyul 2026
Kateqoriyasız Ölkə futbolu

Bordin Qurbanovdan irəlidədir

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Siyahıda Qurban Qurbanov və Roberto Bordinin də adı yer alıb. İtaliyalı çalışdırıcı 1116 xalla 447-ci sırada qərarlaşıb. Millimizin və “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu isə 1077 xalla 461-ci yerdə olub. Qurbanov ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan 2-ci, “Atletiko”nun çalışdırıcısı Diqeo Simeone isə 3-cüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43