Dünya futbolu

“Braqa”ya inanırlar: Həm səfərdə, həm də evdə

UEFA Avropa Liqasının 1/16 final mərhələsində təmsilçimiz “Qarabağ” Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, dünyanın məşhur bukmeker kontorları Portuqaliya təmsilçisini cütün favoriti sayır. Onlar iki oyunun nəticəsinə əsasən “Braqa”nın mərhələ adlayacağına inanır. Belə ki, “Qarabağ”ın tur adlaması 4.10 əmsaldırsa, portuqaliyalılarda bu 1.22-di.

İlk görüşün əmsallarına gəlincə, “Braqa”nın evdə qələbəsinə 1.4 əmsal açılıb. Matçın heç-heçəsinə 5.14, “köhlən atlar”ın qələbəsinə isə 8.6 “kofiçent” verilib.

Qeyd edək ki, pley-offun ilk matçları 2024-cü ilin fevralın 15-də, cavab görüşləri fevralın 22-də keçiriləcək. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43