Kateqoriyasız

Braziliyalı hücumçu Azərbaycan klubundan təklif alıb

Braziliyanın “Santa Kruz” klubunda çıxış edən Rafael Furtado karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı futbolçu Premyer Liqa təmsilçilərinin birindən təklif alıb. Lakin hansı klubun braziliyalı hücumçu ilə maraqlandığı açıqlanmayıb.

Qeyd edək ki, Rafael Furtadonun “Santa Kruz”la müqaviləsi noyabrda başa çatacaq. Forvard klubun sözləşməni yeniləmək barədə təklifini rədd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43