“Yuventus” braziliyalı müdafiəçi Aleks Sandru ilə yollarını ayırmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə Səudiyyə Ərəbistanının iki klubu maraqlanır. Hələlik oyunçu ilə bağlı konkret təkliflərin verilmədiyi bildirilir.
Braziliyalının “Yuventus”la müqaviləsi gələn mövsümün sonunda başa çatır.
Bu mövsüm Sandru bütün yarışlarda 36 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.

