Amerika Kubokuna iştirak edəcək Braziliya yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.com-un məlumtına görə, zədələnən Duqlas Kosta heyətdən kənarlaşdırılıb və onun yerinə
Madrid “Real”ının sabiq üzvü Rikardo Kakaya dəvət göndərilib.
Qapıçılar: Alisson (“İnternasional”), Dieqo Alveş (“Valensiya”, İspaniya), Ederson (“Benfika”, Portuqaliya)
Müdafiəçilər: Dani Alveş (“Barselona”, İspaniya), Miranda (“İnter”, İtaliya), Gil (“Şandonq Lunenq”, Çin), Filipe Luis (“Atletiko”, İspaniya), Markinyos (PSJ, Fransa), Rodriqo Sayo (“Sao Paulo”), Fabinyo (“Monako”, Fransa), Duqlas Santos (“Atletiko Mineyro”)
Yarımmüdafiəçilər: Kasemiro (“Real” Madrid, İspaniya), Rikardo Kaka (“Orlando Siti”, ABŞ), Elias (“Korintians”), Lukas Lima (“Santos”), Luis Qustavo (“Volfsburq”, Almaniya), Renato Auqusto (“Beytszin Qoyan”, Çin), Villian (“Çelsi”, İngiltərə), Rafinya (“Barselona”, İspaniya), Filipp Koutinyo (“Liverpul”, İngiltərə)
Hücumçular: Jonas (“Benfika”, Portuqaliya), Qabriel (“Santos”), Halk (“Zenit”, Rusiya)

