Kateqoriyasız

“Bu biabırçı oyuna görə üzr istəyirəm” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 27-ci turunda “Xəzər Lənkəran”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

İdmanxeber.com-un sportal.az-a istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

“İlk olaraq “Xəzər Lənkəran”ı belə çətin vəziyyətdə olmalarına baxmayaraq, mübarizə apardığına görə təbrik edirəm. Bu gün bəxtimiz gətirdi ki, qalib gəldik. Ədalətli nəticə heç-heçə olardı. Azarkeşlərimizdən bu biabırçı oyuna görə üzr istəyirəm. Udmağımıza baxmayaraq, rəqibə alqış düşür. Məni aqressiv biri kimi tanıyırlar. Ona görə, qırmızı vərəq epizodunda hakimə tərəf getmədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43