Premyer Liqa

“Qarabağ” “Rəvan”ı darmadağın etdi, “Neftçi” və “Kəpəz” qələbə qazandı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında üçüncü dövrəyə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək 27-ci turun qarşılaşmaları eyni gündə baş tutacaq.

Günün maraqlı qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" "Neftçi"ni qonaq edəcək. Gəncədə "Kəpəz" "Zirə"ni, Sumqayıtda "Sumqayıt" "Xəzər Lənkəran"ı sınağa çəkəcək. "Qarabağ" öz meydanında "Rəvan"la üz-üzə gələcək. AZAL "Qəbələ" ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq.

Azərbaycan Premyer Liqası, 27-ci tur

30 mart (çərşənbə)

18:00. "İnter" – "Neftçi" – 0:1 
Qol: Ruslan Qurbanov, 51-pen (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
Bakı. "İnter Arena"
 
17:30. "Qarabağ" – "Rəvan" – 5:1 
Qollar: Miqel Madera, 16 (1:0), Muarem Muarem, 53 (2:0), Riçard Almeyda, 55 (3:0), Reynaldo, 64 (4:0), Yasin Həmid, 68 (4:1), Dani Kintana, 90+1 (5:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
Bakı. "Azərsun Arena"
 
15:00. "Kəpəz" – "Zirə" – 2:0
Qollar: Tural Axundov, 64-pen (1:0), Tural Rzayev, 79 (2:0) 
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
Gəncə. Gəncə şəhər stadionu
 
15:00. AZAL – "Qəbələ" – 2:1
Qollar: Aleksey Qay, 36-pen (0:1), Tural Hümbətov, 53 (1:1), Murad Səttarlı, 73 (2:1) 
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov 
Bakı. AZAL Arena
 
17:00. "Sumqayıt" – "Xəzər Lənkəran" – 2:1 
Qollar: Zaman Mirzəzadə, 47-pen (0:1), Nodar Məmmədov, 50-avtoqol (1:1), Murad Ağayev, 90 (2:1)
Qırmızı vərəqə: Mikayıl Rəhimov, 70 ("Sumqayıt")
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
Sumqayıt. "Kapital Bank Arena"

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43