Kateqoriyasız

UEFA Bakının “İnter” klubunu avrokuboklardan uzaqlaşdırdı

UEFA Bakının “İnter” klubunu cəzalandırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edib.

“İnter” bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. “İnter” bu hüquqdan istifadə etmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43