Kateqoriyasız

Bu da Namik Ələskərovun yeni klubu – RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərov komandanın uğurları üçün çalışacaq. 27 yaşlı yarımmüdafiəçi ilə bağlanmış müqavilənin müddəti 3 ildir.

Namik karyerası ərzində ölkəmizdə “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi” klublarında çıxış edib. Onun son komandası Türkiyə “Bursaspor”u olub.

Ələskərov “Sabah”da 17 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43