Kateqoriyasız

“Qəbələ”nin yeni “sambaçı”sı: “Yeni çağırış ilə xoşbəxt və motivasiyalıyam”

“Qəbələ”nin heyətinə qatdığı braziliyalı futbolçu Felipe Santos əyalət klubuna keçidi ilə bağlı paylaşım edib.

İdmanxeber.az xəbər verir ki, 25 yaşlı hücumçu instaqram hesabında bunları yazıb:

“Yeni çağırış ilə xoşbəxt və motivasiyalıyam. Möhtəşəm bir mövsüm olsun. Tanrı məni qorusun”.

Xatırladaq ki, “Qəbələ” Santosla 1+1 illik sözləşmə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43