Kateqoriyasız

Bu futbolçu “Neftçi”dən getdi

Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk futbolçu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu Huqo Basto paytaxt klubu ilə vidalaşıb.

“Neftçi” ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi hazırda başqa təklifləri nəzərdən keçirir.

Basto 2021-ci ildən “Neftçi”nin formasını geyinirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43