Kateqoriyasız

Bu futbolçu “Qarabağ”dan ayrılmaq qərarına gəldi

“Qarabağ”ın futbolçusu Riçard Almeyda özünə yeni klub axtarır.

İdmanxeber.az-ın məlumatına görə, yayda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi hələ də klubdan yeni təklif almamasına görə narahatdır. 33 yaşlı braziliyalı menecerlərindən ona yeni komanda tapmalarını istəyib.

Almeyda cari mövsüm “Qarabağ”da 19 oyunda meydana çıxıb.

Sportlife.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43