“Liverpul” Premyer Liqanın 31-ci turunda “Lids”i darmadağın edib (6:1).
İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp qarşılaşma barədə fikirlərini bildirib.
“Bu mövsüm bizim ən yaxşı matçımızdır. Rəqibi çoxlu səhvlər etməyə məcbur etdik. Çox yaxşı oyun idi, qollar və əks pressinq inanılmazdı. “Arsenal”la ikinci hissədəki oyun bizim üçün son dərəcə vacib idi.
Hesabı bərabərləşdirdik və çox yaxşı ikinci yarı keçirdik. Bu gün etdiyimizi təkrar-təkrar etməliyik.
Sonumuzu hara aparacağımızı bilmirəm, amma son matçların təsiri növbəti mövsümə də keçəcək, ona görə də onlar çox vacib olacaq”.

