Ölkə futbolu

“Bu gün “Kəpəz” iki xal itirdi” – Tərlan Əhmədov

“Maraqlı oyun oldu. Hücumlarımız çox idi. İlk hissə daha fərqli nəticə ola bilərdi. Rəqibi topsuz qoymağa çalışırdıq. Çox da fürsətləri olmadı. Komanda çox yaxşı oynadı. Həyəcan hiss olunurdu bir az futbolçularda. 3 xal bizə vacib lazım idi. Ancaq bir xal da pis deyil. Ümumilikdə biz iki xal itirdik. Bu şəraitdə, belə vəziyyətdə 21 xal toplayan bir “Kəpəz” var. Bütün oyunçulara təşəkkür düşür”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Zirə” ilə oyun barədə “CBC Sport”a danışarkən deyib. O, daha sonra belə davam edib:

“Yeni komandayıq. Bura gəldiyim 6 aydır. “Kəpəz”ə gələndə dost-tanış dedi ki, hara gedirsən, orada komanda, oyunçu heç nə yoxdur. Ancaq başladıqca gördüm ki, nəyəsə ümid etmək olar. Qapımıza təyin edilən penaltinin yalnış olduğu deyilir. Hakimin elə səhvləri var ki, nəticəyə təsir edir. Sarı vərəqəlik bir epizodda dördüncü hakim qayıdır ki “Kəpəz”in oyunçusudur”. Başa düşə bilmirik. Bizə qarşı qəsdi-qərəzlik var.

“Kəpəz”i daha yaxşı səviyyə gətirmək üçün mənə heç kim zaman verməyib. Ancaq vaxt lazımdır. Bu mövsüm Premyer Liqada qalsaq, mükafatçılar sırasında olacaq komanda yaratmaq olar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43