Ölkə futbolu

Rəşad Sadıqov: “Oyunun ədalətli nəticəsi bərabərlik idi”

“Komandanın oyununda razı qaldım. Bu şəraitdə göstərdikləri mübarizə yaxşı idi. Bunun artığı etməyə imkan yoxdur. Biz topla oynamağı sevən komandayıq. Dünən meydanın vəziyyətinə baxdıqdan sonra bir neçə əsas oyunçuları oynatmadıq. Əslində birinci hissə pis getmirdi. Qol buraxdıqdan sonra böyük qüvvə ilə irəli atıldıq. Soyunub-geyinmə otağında dedim ki, ikinci qolu buraxmasaq, oyunu çevirə bilərik. Oyunun ədalətli nəticəsi bərabərlik idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz” oyunu sonrası “CBC Sport”a açıqlamasında deyib. O, daha sonra belə davam edib:

“Bütün fikrimiz dördüncü yerlə bağlıdır. Öz işimizi görürük. Bu, bizim üçün çox önəmlidir. Avrokuboklara qatılıb-qatılmayağımızı zaman göstərəcək. Hər şeyi Konfrans Liqası ətrafında qurmuruq. Yaxşı, stabil oyun sərgiləyən komanda formalaşdırmaq niyyətimiz var. Müəyyən görüşlərdə çoxlu xal itkisinə yol verdik. Ancaq bu şəraitdə “Zirə”nin bir xal qazandığını deyə bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43