08 Dekabr 2022
Kateqoriyasız

“Bu gün meydanda hücumçumuz yox idi” – Samir Abasov

“İlk oyundur, nə deyim. Heç 10 gün deyil birlikdəyik. Əhval-ruhiyyəmiz bir az yaxşı deyildi. 7 oyun idi komanda qələbə qazana bilmirdi. Oyuna baxanda, üstünlük zaman-zaman hər iki tərəfdə olurdu. Uduza da bilərdik. İşimiz çoxdur. İnşallah, bunun öhdəsindən gəlməyə çalışacağıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşçisi Samir Abasov “Kəpəz”lə heç-heçə etdikləri oyundan sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Bütün komandalar güclənmək istəyir. Hücumçularımızın ikisi zədəlidir. Komandanın oyununu düzəltməliyik. Oyunçulara ehtiyac var. Bununla bağlı rəhbərliklə də tez-tez danışacağıq. Bu gün meydanda hücumçumuz yox idi. Yüksək ritmdə, sürətli oynamalıyıq. Bunu düzəltmək üçün vaxta ehtiyacımız var”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Əgər “Qarabğ” bizə pressinq etsə…” – “Linfild”in futbolçusu

admin

Mahir 75 dəqiqə meydanda oldu, “Dinamo” tək qola sevindi – VİDEO

Səxavət Qurbanov

“Mançester Yunayted” qələbə qazandı – Video

admin