Yunanıstan Superliqasında 6-cı turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın rəqibi “Olimpiakos” da növbəti matçına çıxıb. Pirey təmsilçisi “Atromitos”u qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
“Olimpiakos” – “Atromitos” – 2:0
Qollar: Sedrik Bakambu,45+2, 68
Xallarının sayını 11-ə çatdıran “Olimpiakos” ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” qrupda növbəti iki oyununu “Olimpiakos”a qarşı olacaq. Oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.