Misli Premyer Liqasının “Kəpəz” – “Turan Tovuz” (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.
İdmanxeber.az xəbər verir ki, Abbasov komandasının Qəbələdəki məğlubiyyətini şərh edib:
“Maraqlı oyun alındı. Bilirdik ki, derbidir. “Kəpəz” bu il bizə qalib gəlməmişdi. Qələbə qazanmaq istəyirdilər. Meydanda 10 nəfərlə qalmağımız planlarımızı da pozdu. Rəqib ilk dəqiqələrdə əks-hücum zamanı qol vurdu. Əslində, bizim də qol imkanlarımız var idi. Ancaq 10 nəfərlə mübarizə aparmaq çətin idi. Çempionat davam edir. Bütün komandalar xal qazanmaq istəyir. Bu matçı unudub kuboka köklənməliyik. Orada şansımız var. Bu şansdan istifadə etməyə çalışağıq”.

