Ölkə futbolu

“Kəpəz” “Turan Tovuz”u məğlub etdi- YENİLƏNİB

Misli Premyer Liqasının XXX turunun oyunları davam edir.

İdmanxeber.az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Günün yeganə matçında “Kəpəz”lə “Turan Tovuz” üz-üzə gəlib. Gəncə şəhər stadionunun ot örtüyünün yararsız olması səbəbindən Qəbələdə baş tutan matçı “Kəpəz” 1:0 hesabı ilə qazanıb.

Bu qələbənin ardından xallarının sayını 28-ə çatdıran Gəncə təmsilçisi 7-ci pillədəki yerini qoruyub. “Turan Tovuz” isə 29 xalla 6-cıdır.

Misli Premyer Liqası, XXX tur

15 aprel (şənbə)

“Kəpəz” – “Turan Tovuz” 1:0

Qol: Abdullahi Şuaybu, 9 (1:0)

Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38 (“Turan Tovuz”)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu, 16:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43