Kateqoriyasız

“Buranın narahat yer olduğunu hər kəs bilir” – Nazarov

FutbolPressAlmaniyanın “Ersgebirge” klubunda forma geyinən Azərbaycan millisinin üzvü Dmitri Nazarov açıqlama verib.

O, II Bundesliqanın XVII turunda “Regensburq”u 1:0 hesabıyla məğlub etdikləri oyun haqda danışıb:

“İlin son matçını da evdə keçirəcəyik. Auedə oynamağın nə qədər narahat olduğunu hər kəs bilir.

Bu dəfə üçlü müdafiə sistemi ilə çıxış etdik və mən də hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. Özümüzü meydanda çox rahat hiss etdik, əla müdafiə olunduq və ilk hissədə üç qol imkanı yaratdıq.

Turnir cədvəlinə baxmamalıyıq. Oyundan oyuna inkişaf etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43