Kateqoriyasız

“Zirə” “Qarabağ”dan futbolçu alacaq

“Zirə” qış fasiləsində heyətini gücləndirəcək.

“CBC Sport”da “Tok-şou”nun qonağı olan komandanın baş məşqçisi Zaur Həşimov Ağdam klubundan bir neçə futbolçunu icarəyə götürmək istədiklərini deyib:

“Qarabağ”ın iddiası çox böyük olduğu üçün gənc oyunçular əsas heyətə düşməkdə çətinlik çəkir. “Qarabağ”ın əvəzedici heyətindəki bir neçə oyunçu diqqətimi çəkib. Ola bilər ki, qışda xahiş edək, danışıq aparaq və mümkün olarsa, oynatmaq istədiyim oyunçuları komandaya cəlb edim. Fikrimcə, “Qarabağ” futbolçu yetişdirir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43