“Çelsi” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu Braziliyanın “Santos” komandasının üzvü Anqelo Qabrielin keçidini həll edib. 18 yaşlı oyunçu yaxın gülərdə tibbi baxışdan keçib “zadəganlar”la müqavilə bağlayacaq.
Qabriel 2020-ci ilin oktyabrında 15 yaşında “Santos”da debüt edən ikinci ən gənc oyunçu olub.
O, ötən mövsüm Braziliya çempionatında 12 matçda iştirak edib və iki qol vurub.

