“Qalatasaray” Leandro Paredes transferi üçün PSJ ilə 6 milyon avroya razılaşmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər İkardidən sonra Paredes transferində də ortaq məxrəcə gələ biliblər.
Argentinalı yarımmüdafiəçi keçən mövsümü icarə əsasında “Yuventus”da keçirdib. O, ötən mövsüm Turin klubunda 35 oyuna çıxıb və 1 qol vurmağı bacarıb.

