Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərədə “Çelsi” turnirin son qalibi İspaniya “Real”ını qəbul edib. Görüş Madrid klubunun qələbəsi başa çatıb -2:0.
Günün digər görüşündə İtaliya təmsilçiləri “Napoli” ilə “Milan” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Bu nəticələrin ardından “Milan” və “Real” yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
23:00. “Çelsi” (İngiltərə) – “Real” (İspaniya) – 0:2
Qolar: Rodriqo, 58, 80
Baş hakim: Daniel Orsato (İtaliya)
London, “Stemford Bric”
İlk oyun – 0:2
23:00. “Napoli” (İtaliya) – “Milan” (İtaliya) – 1:1
Qollar: Jiru, 43 (0:1), Osimhen, 90+3 (1:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Neapol, “Dieqo Maradona” stadionu
İlk oyun – 0:1
Qeyd edək ki, daha iki cavab görüşü aprelin 19-da olacaq. Həmin gün “Bavariya” Almaniyada İngiltərənin “Mançester Siti”, “İnter” isə İtaliyada Portuqaliyanın “Bemfika” komandasını qəbul edəcək.

