15 İyul 2026
Dünya futbolu

“Qalatasaray” darmadağınla qazandı

Türkiyə Super Liqasının 30-cu turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə lider “Qalatasaray” səfərdə “Alanyaspor”la qarşılaşıb. Qarşılaşma İstanbul təmsilçisinin 4:1 hesablı qələbəsi ilə sona çatıb.

“Sarı-qırmızılar”ın qollarını Abdulkerim Bardakçı, Mauoro İkardi, Mertens və Raşitsa vurub. Alanya klubunda isə Efecan adını tabloya yazdırıb. 

Günün digər matçında isə “Fatih Karagümrük” “Ümraniyespor”u 4:2 məğlub edib. 

Xatırladaq ki, ‘Qalatasaray” 69 xalla turnir cədvəlində birinci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43