15 İyun 2026
Dünya futbolu

“Çelsi” türkiyəli futbolçu üçün hərəkətə keçir

“Çelsi” “Yuventus”da çıxış edən türkiyəli hücumçu Kənan Yıldızı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 19 yaşlı futbolçunu heyətinə qatmaq üçün 100 milyon avro ödəməyə hazırdır. Yıldızın Turin klubu ilə 2029-cu ilə qədər müqaviləsi var.

Futbolçu cari mövsümündə 33 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43