“Çelsi” və “Arsenal” “Nottingem Forest”in müdafiəçisi Murilyonu transfer hədəfinə alıb.
İdmanxeber.az xəbər verir ki, “Forest” braziliyalı futbolçunu yalnız 80–90 milyon avro aralığında təklif olunsa, satmağı düşünə bilər. Onun müqaviləsi 2029-cu ilin iyununa qədərdir və “Transfermarkt” dəyəri 55 milyon avrodur.
23 yaşlı Murilyo bu mövsüm 12 matçda 1 qol vurub və Braziliya millisinin üzvüdür.

