16 İyul 2026
Dünya futbolu

Belçikalı futbolçu 26 yaşında karyerasını bitirdi

İtaliya “İnter”inin və Belçika millisinin üzvü Zinyo Vanhesden karyerasını cəmi 26 yaşında başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun bu qərarına səbəb son illərdə ard-arda yaşadığı ciddi zədələr olub. Uzun müddətdir ki, tibbi problemlərlə mübarizə aparan Vanhesden peşəkar futboldan getmək məcburiyyətində qalıb.

Mərkəz müdafiəçisi karyerasına “Standard”da başlayıb və 16 yaşında “İnter”ə transfer olunub.

Lakin səhhətindəki problemlər səbəbindən əsas komandada oynamaq şansı qazana bilməyib və yalnız gənclər komandasında çıxış edib.

Vanhesden Belçika millisinin heyətində 1 oyun keçirib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43