“Karvan-Yevlax”ın baş məşqçi Azər Həşimovla yollarını ayırdığını xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi artıq yeni baş məşqçi ilə anlaşıb. Yevlax klubu Füzuli Məmmədovla razılığa gəlib.
O, bu gün komandayla ilk məşqinə çıxıb. Təyinatın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

